Tanınmış təhsil eksperti Əjdər Ağayev dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, publisist, tənqidçi, pedaqoq, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev həmçinin Azərbaycan Təhsil Şurasının sədri, Respublika Müəllimlər Şurasının sədri kimi də aktiv fəaliyyət göstərib. O, 81 yaşında vəfat edib.