23 Dekabr 2018 09:16
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların əksəriyyəti özlərini 25-30, 50 və 80 yaşdan sonra tənha hiss edirlər.

Teleqraf.com xəbər verir ki, bu qənaətə Kaliforniyanın San-Dieqo Universitetinin alimləri gəliblər.
Onların araşdırması “International Psychogeriatrics” dərgisində çap olunub.

Alimlərin fikrincə, üçüncü onillikdə insanlar özlərinə münasibətdə ətrafdakılardan narazılıq hiss edirlər. Onlara elə gəlir ki, həyatda düzgün yol seçməyiblər, halbuki dostları və tanışları daha düzgün qərarlar qəbul ediblər.

İnsanın 50-55 yaşı tamam olanda onun səhhətində problemlər yaranır, nəyə görəsə ölüm haqqında fikirlər baş qaldırır. Lap ahıl yaşda isə yaxınların itirilməsi, yaxud fiziki zəiflik səbəbindən insanın ruhi-psixoloji vəziyyəti pisləşir.


Müəllif: Səxavət

Oxşar xəbərlər