İngilis “Daily Exspress” qəzeti mütəxəssislərin apardığı bir araşdırmanı dərc edərək xərçəngin əlamətlərinə diqqət çəkib.
Teleqraf.com-un məlumatına görə, məqalədə deyilir ki, xərçəngin vaxtında aşkarlanması və ya onun qarşısının alınması ölüm riskini önəmli dərəcədə azaldır.
Şiş ən çox diaqnoz qoyulan əlamətlərdən biridir, amma vaxtında diqqət yetirilməsi gərəkən başqa əlamətlər də var.
Səbəb olmadan çox çəki itkisi onkoloji xəstəliyin xəbərçisi ola bilər.
Eyni zamanda çəkidə zaman-zaman kiçik dəyişikliklər normal sayılır.
Ağrı da vacib əlamətdir. Əgər naməlum səbəbdən, birdən-birə başlayan və davam edən şiddətli ağrılar olursa, dərhal həkimə müraciət etmək lazımdır.
Mədə şişkinliyi və yanğılar da diqqət çəkən əlamətlərdir.
Mütəxəssislər həzm sistemində pozğunluqlar zamanı - sidik və nəcisdə qanın görülməsi hallarında müayinəyə getməyi vacib hesab edirlər.