15 Mart 2019 14:48
517
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC abunəçilərini Novruz Bayramı ərəfəsində sevindirməyə davam edir. Azercell müştərilərinə bayram əhval-ruhhiyəsi bəxş etmək üçün musiqi sevərlərə xüsusi kampaniya təqdim edir.
Belə ki, Azercell mart ayının 15-dən aprel ayının 15-nə kimi hər 1GB, 5GB, 10GB, 50 GB (Limitsiz internet) həcmində aylıq mobil interneti paketi sifariş edən və ya GəncOl5, GəncOl8, Hədsiz, Hədsiz İnternet tarif paketlərinindən birini aktiv edən abunəçilərinə ZVUK-dan (onlayn musiqi tətbiqi) 30 günlük pulsuz abunəlik hədiyyə təqdim ediləcək.
40 milyondan artıq musiqi parçasını smartfona daşıyan Zvuk xidməti, istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Kampaniya çərçivəsində xidmətdən istifadə etmək üçün, “Zvuk” mobil tətbiqini Google Play (Android) və ya App Store (iPhone) platformalarından yükləmək kifayətdir.
“Azercell Telecom” MMC Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir! Bu bahar Azercell-lə daha yaxşı yaşayın!
Əlavə məlumat üçün:
https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/zvukhediyye/
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər