2 Sentyabr 2014 01:10
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS PRESS-in məlumatına görə, hadisə Siyəzən rayonunda baş verib.


Belə ki, Siyəzən rayon sakinləri, 1937-ci il təvəllüdlü Güləliyev Bayram Qara oğlu, 2010-cu il təvəllüdlü Hüseynli Aysel Taleh qızı, 1969-cu il təvəllüdlü Məmmədov İlham Həlimbala oğlu, 2004-cü il təvəllüdlü Ələsgərov Amin Bəxtiyar oğlu, 2009-cu il təvəllüdlü Cavadov Həsrət Elçin oğlu, 2001-ci il təvəllüdlü Dəmirov İlkin Polad oğlu və 1978-ci il təvəllüdlü Quliyeva Gülcahan Cavanşir qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə gətiriliblər.

Onların hamısını eyni it dişləyib. Bu şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Faktla bağlı araşdırma aparılır.


Müəllif: