19 Mart 2019 19:15
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyipensiyaçıların maraqlarına uyğun olaraq onların mart ayı üzrə pensiyalarının qrafikdən əvvəl, Novruz bayramına qədər ödənişini tam təmin edib.

Bu barədə Teleqraf.com-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdirmə işləri artıq yekunlaşıb.

Eyni zamanda dövlət başçısının humanist təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq mart ayının 1-dən 160 manata çatdırılıb. Bu artım 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edir ki, həmin insanların da pensiyalarının məbləği yeni artımla birgə onların hesablarına köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər