9 Aprel 2019 10:03
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, görkəmli sənətkar Brilliant Dadaşova bir neçə gündür gündəmdən düşməyən 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı haqqında fikirlərini instaqramda paylaşıb.

Publika.az xəbər verir ki, müğənni şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın mətbuatda yayılan səs yazısına münasibət bildirib. O, bildirib ki, məktəblinin ailəsi haqqında təhqiramiz fikirlər səsləndirmək təhsil işçisinə yaraşan hərəkət deyil:

“Sizə ayıb olsun, atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud çətinliklərin təsirini çox eşitmişdik. Bir tələbənin ailəsində problem varsa, deməli, siz o uşağa daha çox diqqət ayırmalı idiniz. Bir başqa tərəfdən Elinanın anası ikinci dəfə ailə qurubsa, bu, əsla pozğunluq deyil və buna o uşaq həyatı bahasına hesab verməməliydi! Təəssüf edirəm, siz sadə insani keyfiyyətlərdən belə məhrumsunuz, qalsın ki, müqəddəs müəllim həssaslığı...”

Amerikaya köçən aparıcı Günel Hümbətova da məsələyə biganə qalmayaraq hər kəsi uşaqlara qarşı həssas olmağa dəvət edib:

“İstəyirsiniz etiraz edin, ya da qınayın məni. Amma “sovetlər”dən qalan insanların əksəriyyətinin təfəkkürünü anlaya bilmirəm. Sözsüz ki, hamıya aid deyil, amma əksər insanlarının dəyərləri qəribədir... Məsələn, elə o məktəb direktoru kimiləri.

Ərk sayağı davranışları və s. qarşındakının nə hisslər keçirdiyini heç vecinə almamaları, şəxsi subardinasiyanı qorumağa meylli olmamaları, özününkü səhv də olsa tərəfini tutarlar bir də, amma yadın etdiyi səhvi əsla bağışlamazlar və s.

“Baby-boom” dövründə doğulanlar məncə daha çox belə olurlar müşahidələrimə görə. Ümumiyyətlə, çox ərk edən insanları sevmirəm! Hələ çox xüsusiyyətlərini səciyyələndirmək olar”.

Qeyd edək ki, şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib. Direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər