8 Sentyabr 2014 13:11
2 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbayel rayonu 20 saylı orta məktəbin təmirlə əlaqədar fəaliyyətinin başqa məktəbdə davam etdirilməsi valideynlərin narahatlığına səbəb olub.

Çünki məktəbin ərazisinin başqa əraziyə köçürülməsi, yenidən fəaliyyəti zamanı məktəb-lisey olaraq fəaliyyət göstərməsi haqqında məlumatlar var.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə isə, məktəbin 20 nömrəli məktəb-liseydə təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması üçün işlər görülür. Təmirlə əlaqədar şagirdlərin müvəqqəti olaraq məktəbin ibtidai sinifləri 172, yuxarı sinifləri isə 325 saylı məktəblərə köçürüləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər