10 Sentyabr 2014 11:09
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Avropa Şurasına üzv ölkələrdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbir sentyabrın 11-dək davam edəcək. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən toplantıda Şuraya üzv ölkələrin əmək və sosial müdafiə sahəsi üzrə hökumət qurumlarının məsul şəxsləri iştirak edirlər.

2001-ci ildən AŞ-nin üzvü olan Azərbaycan ötən müddətdə təşkilatın insan hüquqları, həmçinin sosial hüquqlarla bağlı mühüm sənədlərini ratifikasiya edib. Həmin sənədlərin, o cümlədən insanların mühüm sosial hüquqlardan istifadəsinə əlverişli şəraitin yaradılmasını nəzərdə tutan tədbirin icrası sahəsində Azərbaycanda məqsədyönlü işlər görülür, sosial qanunvericilik qabaqcıl Avropa dəyərlərinə uyğunlaşdırılır. Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa Şurasının aidiyyəti üzrə Sosial Birlik Komitəsi ilə fəal əməkdaşlıq həyata keçirir.

NİGAR


Müəllif: