22 İyul 2019 09:21
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Teleqraf.coma-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.


Müəllif: Teleqraf.com