İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi yerlərində – Ənənəvi incəsənət üzrə “İçərişəhər” Mərkəzinin yerləşdiyi bina, “Qoşa Qala” qapıları, həm İçəri şəhər (daxili), həmçinin Bayır şəhər (fasad), Böyük Qala küçəsi 41 ünvanında yerləşən Azərbaycan Milli Ensiklopediyası binası adı ilə tanınan tikili, 1171-ci ildə inşa edilmiş “Aşur məscidi”, Yeraltı hamam, Bakı Xanlarının Evi Kompleksində hazırda təmir-bərpa və konservasiya işləri davam etdirilir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin prioritetidir:
“Fəsadlarla üzləşən obyektlər zamanla təmir-bərpa olunacaq. Təbiidir ki, tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici təsirlərlə zədələnir və daşlar aşınmaya məruz qalır.
Bunları nəzərə alan Qoruq İdarəsi İçərişəhərdə təmir-bərpa işlərini aparır”.