17 Sentyabr 2014 11:26
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ən yaxşı gülçülərin yarışı keçiriləcək.

Təşkilat komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu sahədə illərdir çalışanlar bir araya gəlib öz məharətlərini göstərəcək. “Wedding Art House” şirkətinin təşkilatçılığı ilə baş tutacaq yarışda iştirakçılar bir- neçə çətin mərhələlərdən keçəcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Şirkətin rəhbəri Nigar Məmmədova bildirib ki, bu yarışda özünə və əməyinə güvənən hər kəs iştirak edə bilər: “Ola bilər elə adam var ki, gülçülük sahəsində tanınmır. Yəni, onun böyük gül salonu və tanınan xidməti yoxdur. Amma öz bağında, bağçasında eksklüziv çiçəklər yetişdirir. Onun becərdiyi güllər fərqli olduğu üçün işləri də fərqli olacaq. Biz belə adamları da tapıb üzə çıxarmaq istəyirik”.

Qeyd edək ki, artıq yığım başlanıb. Yarışla bağlı əlavə məlumat almaq istəyənlər 0774144114 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.

Paytaxtın ən yaxşı gülçülərinin yarışının təfərrüatlarını https://www.facebook.com/wedding.art.house?fref=ts rəsmi facebook səhifəsindən də öyrənə bilərlər.

AZAD


Müəllif: