19 Sentyabr 2014 20:16
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin idarəsinin büdcə vəsaiti hesabına saxlanılması qaydası müəyyənləşib

Nazirlər Kabineti Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin büdcə vəsaiti hesabına saxlanılması qaydasının müəyyən edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Nazirlər Kabinetinin 2014-cü il 29 yanvar tarixli “Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” qərarı əsasında yaradılıb.

Ancaq həmin vaxt Əsaslı Tikinti və Təchizat İdarəsinin büdcə vəsaiti hesabına saxlanılması qaydası müəyyənləşdirilməyib. Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin büdcə vəsaiti hesabına saxlanılması xərcləri təhsil obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni təhsil obyektlərinin tikintisi ilə bağlı xərclər üzrə daxilolmaların 1,0 faizi, mərkəzləşdirilmiş qaydada mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün büdcə hesabına daxilolmaların 0,25 faizi həddində müəyyən ediləcək.

Qərar imzalandığı gündən qüvvəyə minir.


Müəllif:

Oxşar xəbərlər