29 Sentyabr 2014 19:20
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası tədqiqat işlərini uğurla davam etdirir.

Naftalan- Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov AzərTAc-a bildirib ki, Naftalan şəhəri ətrafında kurqan tipli qəbir abidələri aşkar edilib. Burada genişmiqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.

Goranboy rayonu ərazisində isə diametri 30, hündürlüyü 3 metr olan kurqanın ətrafında 2 metrə yaxın eni olan daş düzümünün-kromlexin olduğu müəyyənləşdirilib. Eyni zamanda, böyük ölçülü kurqanaltı sərdabə aşkar edilib.

Üzəri ağac tirlərlə örtülmüş sərdabənin uzunluğunun 10, eninin 8 metrdən artıq olması ehtimal olunur.


Müəllif:

Oxşar xəbərlər