TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 8-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 018 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 53 011 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 105 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 822 yoluxma aşkarlanıb. Onlardan 63-ü sağalıb, 8-si ölüb. Hazırda aktiv xəstə sayı 751-dir.