Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 25-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 069 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 617 yoluxma aşkarlanıb. Onlardan 1 080-i sağalıb, 21-i ölüb. Hazırda aktiv xəstə sayı 516-dır.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.