29 Aprel 2020 16:43
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Teleqraf.com-a verilən məlumata görə, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirləri yerinə yetirilir, mütəmadi olaraq müxtəlif məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Qeyd edək ki, dezinfeksiya işlərinin davam etdirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər