Ölkəmizdə xüsusi karantin rejiminin elan edildiyi müddətdə və daha əvvəl Ədliyyə Nazirliyinin əməkdaşları arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin əməkdaşı Aynur Sabitova məlumat verib. O bildirib ki, bəzi şübhəli məhbuslar, eləcə də qızdırması olanlar koronavirus testindən keçirilib. Lakin onların arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə əfv edilərək azadlığa buraxılan məhbuslar da karantində saxlanıldıqdan sonra evlərinə buraxılıblar.