Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə ilk gündən təxirə salınmaz tədbirlər görülməkdədir.
Teleqraf.com xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov deyib:
"Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Martın 20-dən Aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edildi, kütləvi tədbirlər ləğv edildi".
O bildirib ki, epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə bütün lazımi tədbirlər görülüb: "Əsas məqsəd vətəndaşlarımızın sağlamlığının qorunması üçündür. Bütün tədbirlər müsbət nəticələr verilib. 27 apreldən Operativ Qərargah yumşaldılma tədbirlərinə keçid edib".
Nazir qeyd edib ki, əhali görülən işləri yüksək qiymətləndirərək qaydalara əməl edib: "Lakin təəssüflər olsun ki, vətəndaşlar yumşalma tədbirlərindən sonra qaydalara riayət etmədi və yoluxma halları artıb. Bu səbəblə 6 iyun saat 00:00-dan 8 iyun saat 00:00-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda sərt karantin rejimi tətbiq olunacaq".
O qeyd edib ki, digər regionlarda da bu tədbirlər görülə bilər: "Qərarın icra olunmasına nəzarət DİN-ə həvalə olunub. Bir daha qeyd edirəm ki, əsas məqsəd vətəndaşlarımızın sağlamlığının qorunmasıdır".