7 İyun 2020 18:36
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

"Müsabiqədə iştirak etmək üçün 10 068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 871 namizəd elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər