12 İyun 2020 18:06
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəliyin təsdiqi üçün aparılan testin nəticələri təxminən bir gün ərzində açıqlanır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev Operativ Qərargahın bu günükü brifinqdə deyib:

"Test sayının çox olması səbəbilə ləngimələr ola bilər. Xəstəliyin sahəsi artdıqca, 103-ə müraciətlərin sayı da artır".

O əlavə edib ki, həftə sonu qadağası zamanı elan olunan göstəricilər həmin günə aid deyil: "Mövcud vəziyyətlə əlaqədar sayda artım olarsa, sərt karantin rejiminin müddəti uzadıla bilər. İnkubasiya dövrünü nəzərə alsaq, sərt karantin rejiminin nəticələrini 12-14 gün müddətində görə bilərik".

Vasif Əliyevin sözlərinə görə, burundan alınan yaxmalarda neqativlik nəticəsi yüksəkdir: "Biz hər bir insana potensial yoluxdurucu kimi baxmalıyıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər