16 İyun 2020 23:45
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalnız paytaxtda ibtidai sinif müəllimlərinin müddətli əsaslarla işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, Bakı şəhərində digər fənnlər üzrə, respublikanın paytaxt istisna olmaqla qalan ərazilərində isə bütün fənlər üzrə müəllimlərin müddətli əsaslarla işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

“Yerli təhsil idarəetmə orqanları müddətli əsaslarla kimisə işə qəbul edə bilməzlər. Lakin əvəzçilik qaydası ilə işə qəbul edə bilərlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər