3 İyul 2020 19:19
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxma hallarının artması növbəti iki həftə ərzində ölkənin 16 bölgəsində sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsinə gətirib çıxardı. Atılan bu addımlar vətəndaşlarımıza ciddi çağırışdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Onun sözlərinə görə, insanlar laqeydliyə, biganəliyə son qoymalı, xüsusi karantin rejiminin şərtlərinə istisnasız əməl etməlidir:

"Kimliyindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs öz məsuliyyətini dərk etməlidir. İnsanlar öz məsuliyyətini dərk etmədikcə bizim bu bəladan daha çox əziyyət çəkəcəyimiz qaçılmazdır. Çünki bu ,bir fərdin özünün cəmiyyət üçün önəmini ortaya qoyan məsələdir. Cəmiyyətimizin, toplumun gələcəyi naminə insanların daha da ciddi örnək göstərməsi olduqca vacibdir”.

Millət vəkili əlavə edib ki, artıq məsuliyyətsiz davrananlara qarşı sərt ictimai qınaq nümayiş etdirilməlidir: "Bütövlükdə hər kəsə təpki göstərilməli, eyni zamanda, onlarla qanunun sərt üzü ilə rəftar edilməlidir. Hər kəs öz çevrəsi üçün nümunə olmalıdır. Bunun üçün adi qaydalara əməl edilməlidir. Maska taxmaq, sosial məsafəni qorumaq və dezinfeksiya məhlullarından istifadə etməklə özünüzü və ətrafdakıları qorumuş olacaqsınız. İnanıram ki, biz birlik nümayiş etdirməklə bu bəladan da tezliklə xilas olub adi həyat şərtlərini təmin edəcəyik".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər