Mən deməzdim ki, insanlar inamsızlıqdan həkimə müraciət etmirlər.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Təəsüf ki, insanlar virusa yoluxmanı ayıb hesab edir. Bunu gizlətmək, utanmaq lazım deyil. Əksinə, bunu insanlara çatdırmaq lazımdır ki, yoluxma halları azalsın. Özünü narahat hiss edən hər bir şəxs poliklinikaya, yaxud çox narahat olanda təcili yardıma müraciət etməlidir"