Rusiya Prezidenti Vladimir Putin Bəhreyn kralı Həmad bin İsa əl-Xəlifə ilə Suriya böhranının həlli problemini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda görüş zamanı Suriya böhranının siyasi həllinə dair problemlərə toxunulub.
Bildirilir ki, danışıqlar zamanı bu yaxınlarda baş tutan Astana prosesinin təminatçı olan dövlət başçılarının video-konfransının nəticələrinə nəzər yetirilib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın İran və Türkiyə ilə birgə üç dövlətin Suriya məsələsində növbəti addımlarına münasibətini əks etdirən ortaq bəyanat layihəsini dəstəklədiyi məlum olmuşdu.