Bu günə qədər dövlət tərəfindən testlərin hamısı pulsuz aparılıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva ÜST missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:
"Digər xəstəxanaların apardığı testlərə müdaxilə etmirik. Bu, onların qəbul etdiyi qərardır".