31 İyul 2020 14:28
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Laboratory of Art" komandası "Kömək edən əllər" aksiyası çərçivəsində, Qurban Bayramı münasibətilə bu dəfə şəhid ailələrinə ərzaq yardımı edib.

Teleqraf.com xəbər verir ki, bu, sözügedən komandanın ikinci belə xeyriyyə aksiyasıdır.

"Laboratory of Art" sosial platformasının rəhbəri Fərid Nəsibzadənin sözlərinə görə, bu aksiya komanda üzvlərinin dəstəyi ilə müxtəlif milli bayramlarımızda cəmiyyətimizin yardıma ehtiyac olan təbəqələrini əhatə etməyi nəzərdə tutur:

"Bu sayca ikinci aksiyadır. Ümid edirik ki, gələcəkdə də daha geniş çevrə vasitəsilə kömək edən əllərimizi yardıma ehtiyacı olan ailələrə uzadacağıq. Bu dəfəki şəhid ailələri haqda informasiyaya görə, "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinə təşəkkürümü bildirirəm".


Müəllif: Teleqraf.com