Tovuz döyüşlərində şəhid olan mayor Namiq Əhmədovun Yuxarı Salahlı kəndindəki evinin təmiri başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Məlumata görə, ev Prezident İlham Əliyevin tapşırığı ilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təmir olunub.
Təmiri başa çatdırılan ev şəhidin ailəsinə təhvil verilib.