9 Sentyabr 2020 08:45
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşından ibarət 400 nəfərlik qrup sentyabrın 8-də COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, evinə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Fövqəladə Hallar Nazirliyi Dağıstanın Dərbənd və Məhəmmədkənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqəsi açıb. Çadır düşərgəsində və yaxınlıqda olan ölkəmizin vətəndaşları həftədə bir dəfə qrup halında vətənə yola salınır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər