29 Sentyabr 2020 00:48
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının Feysbuk səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 29-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi Yutub kanalı ilə yanaşı, Feysbuk səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının Feysbuk səhifəsindən izləyə bilərlər.


Müəllif: Teleqraf.com