19 Oktyabr 2020 15:33
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bu gün COVID-19-dan 4 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 45 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 521 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 232 min 636 test aparılıb. Bugünkü test sayı isə 4 612-dir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər