17 Noyabr 2020 13:39
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Teleqraf.com-a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər