Hörmətli Prezidentimizin—Silahlı Qüvvələrin Ali Baş Komandanı, Böyük Qayıdışın Böyük Sərkərdəsi cənab İlham Əliyevin Laçının işğaldan azad olunması ilə əlaqədər çox cəsarətli, müdrik çıxışı ürəyimdən tikan çıxardı! Yaşa, İlham Əliyev! Heydər Əliyevin oğlu belə də olmalıdır! Allah Sizi qorusun!
Teleqraf.com-un məlumatına görə, bu fikirləri “Azərnəşr”in baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov bildirib.
"Ürəyimizə qüvvət, millətimizə qürur, qollarımıza güc verdiniz! Siz bu millətin 30 ildir zədəli olan qeyrətini bərpa etdiniz!
Demişəm, yenə də deyirəm: Bizim millətin xoşbəxtliyindəndir ki, 21-ci əsr İlham Əliyev əsri oldu! Xalq-Rəhbər birliyi millətimizin yeganə nicat yoludur! Bu xalq Sizin möhtəşəm fəaliyyətinizi heç zaman unutmayacaq! Bir daha var olun, xoşbəxt olun!
Allah ulu öndərimizə—Böyük Heydər Əliyevə rəhmət eləsin.
Bu möhtəşəm çıxışınıza görə bütün kəlbəcərlilər adından, Sizin sədaqətli silahdaşınız, mənim əziz qardaşım, uşaqlıq dostum Eldar Hümmət oğlu Həsənovun ailəsi adından Sizə bir daha dərin və səmimi təşəkkürlərimizi bildirirəm!", - deyə qeyd edib.