12 Dekabr 2020 09:16
3 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı alan 23 yaşlı şəhid Zalov Fəqan kiçik ömrünə nələri sığdırmadı...

Fəqan Amil oğlu Zalov 1997-ci il aprelin 1-də Sabirabadın Qarağayın kəndində məcburi köçkün düşərgəsində anadan olub. Qarabağsız qalan, məşəqqətli qaçqınlıq həyatı yaşayan Fəqanın ən böyük arzusu doğma Vətənini azad görmək olub.

Elə bu səbəbdən Fəqan böyük qardaşı Nicat kimi hərbi sahəyə yönəlir.

Kiçik miçman Zalov Fəqan 2003-cü ildə Füzuli rayonu Babı kəndində birinci sinfə gedib, 2014-cü ildə Alı Mustafayev adına Qubadlı rayonu Zilanlı kəndi orta məktəbini bitirib.

2015-ci ilin iyulun 1-də həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ilin yanvarında təxris olunub. Həmin il Hərbi Dəniz Qüvvələrinin (SAH) xüsusi təyinatlılar kursunu keçib, kiçik miçman rütbəsi ilə xüsusi təyinatlı kimi fəaliyyətini davam etdirib.

Sentyabrın 27-də ordumuzun əks-hücum əməliyyatı başlayanda Füzuli, Cəbrayıl, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Soltanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sağ ayağından qəlpə yarası alıb. Həkimlərin israrına rəğmən yenidən döyüşlərə qatılacağını bildirib, tam sağalmamış cəbhəyə yollanıb. Bir müddət xəstəxanada qalıb, əməliyyat üçün Hacıqabul xəstəxanasına göndərilib, amma üç dəfə baş həkimin qəbuluna gedib əməliyyatdan imtina edib.

Xəstəxanadan çıxanda verilən 15 günlük məzuniyyətdən beş gün götürüb döyüşə geri qayıdıb.

2016-cı ildə Aprel döyüşlərində əsgər kimi iştirak edib, topçu olub, artilleriya sırasında döyüşüb.

Həyat dolu olan 22 yaşlı döyüşçü ürəyinin üstündə üçrəngli bayrağımızı gəzdirirmiş, döyüşçü yoldaşları ilə birlikdə azad etdikləri rayonlarımızda sancmaq istəyirmiş.

Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının azad olunmasında xüsusi rəşadət göstərən Zalov Fəqan atəşkəsin elan olunmasına 6 saat qalmış Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Boğazından qəlpə yarası alan Fəqan qanaxmadan həyatını itirib.

Şəhidimizin qardaşı xüsusi təyinatlı Nicat Zalov da Vətən müharibəsində iştirak edib və ağır yaralanıb. Qazimiz hazırda müalicə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər