Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi Şuşa şəhərində yerləşən teleradio yayımı stansiyasına 2 ədəd konteyner alınıb quraşdırılması üçün kotirovka sorğusu elan edib.
Teleqraf.com xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 15-i, saat 15:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 2 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 493-20-54 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.