12 Fevral 2021 11:16
4 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan koronavirusla mübarizə aparır. Bu konteksdə Sahibə Qafarovanın təşəbbüsü ilə İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsində videokonfrans keçirildi, konstruktiv müzakirələr aparıldı. Hesab edirəm ki, bu tədbirlərin praktiki əhəmiyyətini artırmaq üçün bir sıra addımların atılması vacibdir.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı deputat Əli Məsimli deyib.

Məsimli qeyd edib ki, ilk növbədə koronavirusla mübarizədə pulsuz testlərin dairəsini genişləndirmək, pullu testlərin qiymətini aşağı salmaq, habelə xəstələr üçün vacib olan dərmanların gizlədilməsi, sonradan isə baha qiymətə satılması kimi halların qarşısını almaq lazımdır.

Deputat pensiyaların artmasını müsbət qiymətləndirib. Eyni zamanda deyib ki, qiymətlərdə də artım müşahidə olunur: “Düşünürəm ki, qiymət artımını sahibkarların üzərinə qoymaq doğru deyil. Qiymətləri topdansatış mərkəzləri qaldırır. Kommunal xərclər də artacaq. Bu, əhalinin aztəminatlı kateqoriyasına ciddi təsir göstərə bilər. Hesab edirəm ki, aztəminatlı kateqoriyanın sosial-iqtisadi vəziyyəti haqqında da düşünməliyik”


Müəllif: Nemət

Oxşar xəbərlər