Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsindən sonra ərazidə lazımi təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsinə münasibət bildirib.
Bununla bağlı Teleqraf.com-a açıqlama verən icra başçısı deyib ki, sürüşmə zonası ilə bağlı aidiyyəti qurumlar məşğul olur.
"Yəni hazırda bu işlərlə əlaqədar Fövqəladə Hallar Nazirliyi məşğul olur. Təbii ki, bu istiqamətdə işlər gedir", - V.Zeynalov deyib.
Qeyd edək ki, 28 yanvar 2021-ci il tarixində saat 21:05-də 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib.