17 Mart 2021 15:30
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda hamilə qadınlar peyvənd olunmur.

Teleqraf.com xəbər verir ki, bu sözləri baş infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hamilə qadınlarda vaksinin effektivliyi haqqında tədqiqat aparılmayıb: "Vaksinologiyanın qanunlarına görə, hamilə qadınların, immunitetsiz şəxslərin peyvənd olunması qadağandır. Doğrudur, vaksin effektlidir, təhlükəli deyil. Ola bilər ki, yaxın gələcəkdə hamilə qadınlar da vaksin olunsun".

Təyyar Eyvazov qeyd edib ki, risk qrupuna daxil olan şəkər xəstələrində qanda şəkərin səviyyəsi normaldırsa, mütləq peyvənd vurdurmalıdırlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər