17 Mart 2021 15:39
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astrazeneca və Sputnik V vaksinləri yaxın zamanda ölkəmizə gətiriləcək. Bunlar yeni üsulla hazırlanmış vaksinlərdir, Vektor qrupuna daxildir.

Teleqraf.com xəbər verir ki, bu sözləri baş infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, belə vaksinlər ilk dəfə Rusiyada ebola virusuna qarşı hazırlanıb: "Bu vaksinlərin ənənəvi vaksinlərdən fərqi odur ki, viruslar canlı halda bədənə yeridilir. Bu zaman COVID-19 virusunun S zülalı qana yeridilir və insan virusa yoluxarsa virusla mübarizə başlayır.

S zülalı bədəndə anticismlər yaradır və yoluxma zamanı orqanizm virusdan qorunur. Təbii ki, yaxın gələcəkdə bu vaksinlər daha da təkmilləşdiriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər