Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyev dəfn edilib.
Teleqraf.com xəbər verir ki, şəhid Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Pərviz Hafiz oğlu Tağıyev 1990-cı ildə anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Müharibənin ilk günlərindən ailəsi ondan xəbər ala bilməyib. Bu gün onun nəşi Suqovuşan-Tərtər istiqamətində tapılaraq ailəsinə təhvil verilib.