Özəl klinakalarda koronavirusa qarşı "Pfizer" peyvəndi vurduran şəxslərdən tibbi müayinə üçün ödəniş artıq tələb olunmayacaq.
Teleqraf.com xəbər verir ki, özəl tibb müəssisələrindən verilən məlumata görə, əvvəlki qaydalara əsasən, vətəndaşlar vaksinasiyadan öncəki tibbi müayinə üçün 30 AZN ödəniş edirdilər.
Qeyd edək ki,"Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır. Özəl klinikalarda peyvəndlənmə prosesi müəssisənin daxili qaydalara uyğun olaraq aparılır.
Xatırladaq ki, Azərbaycanda "Pfizer"in istifadəsinə iyunun 7-də başlanılıb.