3 Sentyabr 2021 14:10
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında abortu qadağan edən qanun ABŞ Ali Məhkəməsinin razılığı ilə qüvvəyə minib.

Teleqraf.com xəbər verir ki, abort edən qadın barədə xəbər verənlərə mükafat olaraq 10 min dollar veriləcək.

Qanun hamiləliyin altıncı həftəsini keçən qadınların abortu yasaqlayır, eyni zamanda, həkimin 6 həftədən sonra abort etmiş qadınlara köməklik göstərənin, maddi yardım edənin və ya onu klinikaya aparanın sürücünün də cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verir.

ABŞ Prezidenti Co Bayden qanunu "həddini aşan" sənəd kimi xarakterizə edib, onun qadınların konstitusiya hüquqlarını pozduğunu bəyan edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər