Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, müşavirə metodistlərə orta ümumtəhsil məktəblərinin sinif rəhbərlərinə keçiriləcək mülki müdafiə dərsləri ilə bağlı metodiki köməkliyin göstərilməsi məqsədilə təşkil edilib.
Tədbirdə mülki müdafiə sahəsindəki mövcud problemlərdən danışılıb, müzakirələr aparılıb, suallar cavablandırılıb.