Səhiyyə Nazirliyinin yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, yenilənmiş sayt standartlara uyğun olaraq müasir dizaynı, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir.
Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsiplərinin və innovativ yeniliklər tətbiq olunub.
Sayt həm funksionalığı, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni modullar əlavə edilib.