30 Dekabr 2021 16:11
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 30 dekabr 2021-ci il tarixində təhsil ocağının professor-müəllim heyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları əlamətdar bayramlar münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

B.Salayev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın bir çox ölkəsində milyonlarla soydaşımız tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb. Baba Salayev ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsindən söhbət açaraq Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərarın o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin dekabr ayının 16-da verildiyini bildirib. B.Salayev vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında Akademiya rəisinin əmri barədə məlumat verilib.

Tədbirin sonunda Akademiyanın əməkdaşı Akif İmamverdiyev “Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiyinə görə” FHN işçiləri Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər