13 Aprel 2022 17:07
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.
Yarış aprelin 15-dək davam edəcək.


Müəllif: Teleqraf.com