"Bu il son zəngin ənənəvi qaydada keçirilməsi gözlənilir".
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev jurnalistlərə verdiyi açıqlamasında bildirib:
"Pandemiyanı nəzərə alaraq mövcud şəraitə baxırıq. Təbii ki, mövcud şərtlər çərçivəsində son zəngin ənənəvi qaydada keçiriləcəyini düşünürük".