27 May 2022 11:37
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2021-ci ildən fəaliyyət göstərən "Azəriqaz" İstehsalat Birliyinin işçi qrupu "Bakı 2010" MTK-nın 11 ildir ki, qeyri-qanuni təbii qazdan istifadə etdiyini aşkarlayıb".

Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.

Qurum rəsmisi qeyd edib ki, təbii qazdan qeyri-qanuni qoşulmaya görə, Birliyə külli miqdarda zərər dəyib: "Adıçəkilən MTK əvvəlcə təbii qazdan imtina ilə bağlı müraciət edib. Bundan sonra MTK bina sakinlərini müxtəlif formada qazla təmin edib. Ümumi olaraq binada 62 mənzil var. Onların hamısının qeyri-qanuni qoşulmadan istifadə edib-etmədiyi araşdırılır. Araşdırma zamanı MTK-nın səlahiyyətli şəxsləri qeyri-qanuni qoşulma faktını təsdiqləyib. Dəymiş zərər hesablanır, bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər