27 May 2022 16:58
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adı seçici siyahısında olmayan şəxslərin prosesdə iştirakı ilə bağlı məsələyə aydınlıq gətirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, adı seçici siyahısında olmayan seçicilər yerli dairə seçki komissiylarına müraciət etməlidirlər:

“Azərbaycan ərazisində müəyyən bir ərazidə son 6 ay müddətində daimi yaşayan şəxsin seçki hüququ yaranır. Bununla bağlı adlarını seçici siyahısında tapa bilməyən vətəndaşlar dairə seçki komissiyalarına müraciət etməlidirlər. Onlar qeydiyyatdan keçib səs verə bilərlər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər