I Türk dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatıb.
Teleqraf.com xəbər verir ki, 3 gün davam edən festivalda Türk dövlətlərini təmsil edən ölkələr öz kitab nəşrlərini Bakı Dövlət Universitetinin həyətində kitabsevərlərə təqdim ediblər.
Festivalın bağlanış və mükafatlandırma mərasimində Beynəlxalq Türk Akademiyasının vitse prezidenti Fizuli Məcidli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakl Dövlət Universitetinin rektoru Elçin Babayev, TÜRKSOY-un baş katibinin köməkçisi Bilal Çakçı, İLESAM-ın rəhbəri Məhmət Nuru Barmaksız, Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva və tanınımış yazıçılar, millət vəkilləri, ictimai xadimlər və gənclər iştirak ediblər.
Festival çərçivəsində Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) TÜRKSOY və İLESAM elm, ədəbiyyat sahəsində uğur qazanan ziyalıları, tədiqatçıları və alimləri bir neçə nomnasiyalı ödüllə mükafatlandırdılar. “Türk Dünyası Kitab Ödüılü” mükafatına azərbaycanlı millət vəkili Cavanşir Feyziyev “Türk Dünyası” 5 cildlik kitabına görə layiq görülüb. Beynəlxalq Türk Akademiyasının təsis etdiyi Əlişir Nəvai “Qızıl medal”ı millət vəkili Qənirə Paşayevaya təqdim olunub. Beynəlxalq Türk Akademiyasının gümüş medalları isə AMEA-nın Ədəbiyyat institunun professoru Almaz Ülvi Binnətovaya, BDU-nun professoru Firuzə Ağayeva, tədqiqatçı jurnalist Aida Eyvazova, şair Əkbər Qoşalı, AMEA-nın əməkdaşı Ağahüseyn Şükürova təqdim edilib.
TÜRKSOY və İLESAM-ın ədəbiyyat və elm sahəsində mükafatlandırdığı alimlər, yazıçılar və ədəbiyyat və söz adamları içərisində Özbəkistanın M.Uluğbek adına Milli Universitetinin professoru Nigina Şermuradova, Qazaxıstanın Lev Qumilyev adına Avrasiya Milli Universitetinin professoru Amantay Şərif, Qırğızıstan Dövlət Universitetinin professoru Umut Kultayeva, Azərbaycan Yazıçılar İttifaqının ikinci katibləri Elçin Hüsenbəyli, Rəşad Məcid, AYB-nin mətbuat katibi Xəyal Rza, şair Elxan Zal, gənc yazıçı Fərid Hüseyn, araşdırmaçı alim və şairlər Cavanşir Yusifli, Seyfəddin Hüseynli, və araşdırmaçı jurnalist Aida Eyvazova və digər tanınmış imzalar var idi. Tədbirin sonunda xatirə fotosu çəkildi.